"Real"ı çalışdırmaqdan imtina etdi

"Real"ı çalışdırmaqdan imtina etdi
DÜNYA FUTBOLU 30 Oktyabr 2018 / 22:14 6137
-  A +

Xulen Lopeteqini istefaya göndərən “Real” baş məşqçi axtarışındadır.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, Madrid klubu komandanın sabiq futbolçusu Mixael Laudrupa təklif göndərib. Lakin danimarkalı mütəxəssis “kral klubu”nun təklifini rədd edib. Laudrupun hazırda “Real”da klubdaxili xaos hökm sürdüyü üçün belə qərar verdiyi bildirilir.

Qeyd edək ki, 54 yaşlı məşqçi “Spartak” (Moskva), “Suonsi”, “Xetafe” kimi klubları çalışdırıb. Onun son iş yeri Qətərin “Əl Rayyan” klubu olub.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...