"Real" fanatları Ramosu fitə basacaqlar

"Real" fanatları Ramosu fitə basacaqlar
DÜNYA FUTBOLU 30 Oktyabr 2018 / 13:52 4011
-  A +

"Real"ın azarkeşləri komandanın kapitanı Serxio Ramosa qarşı aksiyaya hazırlaşırlar.

Qol.az-ın "Cadena Ser"ə istinadən yaydığı xəbərə görə, klubdakı vəziyyətdən narazı olan azarkeşlər ən yaxın matçda ispan müdafiəçini fitə basmağı planlaşdırırlar. Onlar komandadakı neqativ mühit üçün məsuliyyətli şəxsin Ramos olduğunu hesab edirlər.

Qeyd edək ki, Madrid təmsilçisi son 6 matçın cəmi birində qələbə qazanıb. Komanda son olaraq ölkə çempionatında "Barselona"ya 1:5 hesabı ilə uduzub.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...