Bu axşam Avropanın bir sıra ölkələrində kubok oyunları keçiriləcək. Söhbət İngiltərə, Fransa, İspaniya, Almaniya, Hollandiya, Türkiyə, Polşa, Yunanıstan, Xorvatiya, Avstriya və Rumıniyada baş tutacaq matçlardan gedir. Belçika liqasında isə növbəti turun qarşılaşmaları oynanılacaq. Bütün bu görüşlər Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın bu günkü proqramında yer alıb. "Topaz" bu gün öz müştərilərinə ümumilikdə 116 matç təklif edir. Onlardan 47-si canlı mərcə açıq olacaq. 14 matça isə "təkli oyun" kimi mərc etmək olar. "Təkli oyunlar"dan 5-i Almaniya Kubokunun görüşləridir. 2-ci mərhələnin maraqlı oyunlarından biri "Hannover"lə "Volfsburq" arasında baş tutacaq.
Bu mərhələdə qalib bir oyunun nəticəsinə əssən müəyyənləşdiyindən tərəflərin qələbə üçün maksimum güc sərf edəcəyi şübhə doğurmur. "Hannover"lə "Volfsburq" indiyədək 30 dəfə üz-üzə gəlib. Bu duellərdən 15-ni "yaşıl-ağlar", 9-nu isə hannoverlilər qazanıb. "Volfsburq" sonuncu dəfə "Hannover"ə səfərdə 2013-cü ildə uduzub. Bununla belə. axşamkı dueldə tərəflərin qələbə şansı yarıbayarı dəyərləndirilir. "Topaz"da həm canlı, həm də "təkli" mərc edə biləcəyiniz bu oyunun əmsalları belədir: "Hannover"in qələbəsi 2.55, heç-heçə 3.25, "Volfsburq"un qələbəsi 2.50.
Fransada isə Liqa Kubokunun oyunları keçiriləcək. 116 final mərhələsinin ilk görüşündə "Monpelye" ilə "Nant" qarşılaşacaq. Bu dueldə də növbəti mərhələyə vəsiqənin taleyi bir oyunla həll olunacaq. "Monpelye" cari mövsümdə əla təsir bağışlayır. Komanda sonuncu dəfə avqustun 11-də uduzub. O vaxtdan bəri keçirdiyi 10 matçdan 6-sənda qalib gəlib, 4-də isə heç-heçə oynayıb. Bəlkə də bu diqqətçəkən seriya axşam "Nant"la kubok görüşündə qırılacaq. Saat 21:45-də başlanacaq bu qarşılaşmaya "Topaz"ın təklif etdiyi əmsallar: "Monpelye"nin qələbəsi 1.85, heç-heçə 2.90, "Nant"ın qələbəsi 3.80.
İngiltərədə də bu axşam Liqa Kubokunun oyunları var. Günün proqramına daxil edilən "Lester"-"Sauthempton" matçı Lesterdə baş verən məlum helikopter qəzasına görə təxirə salınıb. Belədə bu gün 18 finalın cəmi 2 oyunu baş tutacaq. Bunlardan "Bornmut"-"Norviç" dueli daha çox maraq doğurur. "Norviç" çempionşipdə mübarizə aparsa da, "Bornmut"a problem yaradacaq səviyyədədir. Statistika hər iki komandanın formada olmasından xəbər verir. "Norviç" keçirdiyi son 3 matçın hamısında qalib gəlib. Premyer liqada çıxış edən "Bornmut" isə 5 görüşdən 4-də qələbə qazanıb, birində isə heç-heçə oynayıb. Qarşılaşmaya "Topaz"da bu əmsallarla "təkli" mərc edə bilərsiz: "Bornmut"un qələbəsi 1.50, heç-heçə 3.80, "Norviç"in qələbəsi 4.65.
Günün digər maraqlı oyunları ilə topaz.az saytından və ya istənilən "Topaz" məntəqəsində tanış ola bilərsiz. Seçim imkanı genişdir, qərar və qazanmaq isə sizdən asılıdır. Qazanmaq demişkən, dünən "Topaz" yeni başladığı kampaniyanın ilk qalibləri məlum oldu. Söhbət "10-dan hədiyyə qazan" lotereyasından gedir. İlk tirajda 23 qalib müəyyənləşdi. Onlardan biri "Hyundai Accent 2018" avtomobilinə, 11-i Samsung Galaxy S9" telefonuna, daha 11 nəfər isə "Playstation 4"-ə sahib çıxdı. Tirajin ilk qalibləri həmçinin lotereyanın şərtləri haqda ətraflı məlumatı topaz.az saytından, həmçinin facebook və instagram səhifəmizdən ala bilərsiz. Oktyabrın 29-u CBC Sport-da yayımlanan "10-dan Hədiyyə Qazan" lotereyasının ilk tirajının videoyazısı İnstagram hesabımızda İGTV hissəsində və rəsmi Facebook səhifəmizdə də paylaşılıb. Növbəti tirajın qalibləri arasında siz də ola bilərsiz.
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!