"Mançester Siti" "Tottenhem"i məğlub etdi

"Mançester Siti" "Tottenhem"i məğlub etdi
DÜNYA FUTBOLU 30 Oktyabr 2018 / 01:58 3749
-  A +

İngiltərə Premyer Liqasında 10-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə bir matç keçirilib. "Mançester Siti" "Tottenhem"in qonağı olub. Matç Pep Qvardiolanın komandasının minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

"Tottenhem" - "Mançester Siti" -  0:1
Qol
: Riyad Mahrez, 6

Bu qələbə il xalını 26-ya yüksəldən "Mançester Siti" turnir cədvəlində "Liverpul"la birgə 1-2-ci pillələri bölüşdürür. "Çelsi" 24 xalla 3-ü, "Arsenal" 22 xalla 4-cüdür."Tottenhem" isə 21 xalla 5-ci pillədə qərarlaşıb.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...