"Real" Lopeteqini istefaya göndərdi - rəsmi

"Real" Lopeteqini istefaya göndərdi - rəsmi
DÜNYA FUTBOLU 30 Oktyabr 2018 / 00:29 4551
-  A +

"Real" baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçinin bu gün keçirdiyi iclasda bu qərar verilib.  Komandanın uğursuz çıxışı səbəbindən ispan mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv edilib.

Klubun yaydığı açıqlamada komandanın oyunçuları ilə məşqçi heyətinin səviyyəsi arasında böyük fərq olduğu vurğulanıb. "Real"ı müvəqqəti olaraq "Kastilya"nın baş məşqçisi Santiano Solarinin çalışdıracağı bildirilib.

Qeyd edək ki, son olaraq "El-Klassiko"da 1:5 hesabı ilə uduzan "Real" La Liqada 14 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki,  X.Lopeteqi bu ilin yayında Madrid klubunun baş məşqçisi təyin edilmişdi.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...