"Real" Konte ilə razılığa gələ bilmir

"Real" Konte ilə razılığa gələ bilmir
DÜNYA FUTBOLU 29 Oktyabr 2018 / 20:04 5213
-  A +

"Çelsi"nin sabiq baş məşqçisi Antonio Kontenin "Real"a mümkün keçidi gerçəkləşməyə bilər.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu italiyalı mütəxəssislə maliyyə məsələləri də daxil olmaqla, müqavilənin detalları barədə razılığa gələ bilmir. Bu səbəbdən hazırkı baş məşqçi Xulen Lopeteqinin gözlənilən istefasından sonra bu vəzifəyə əsas namizədin "Kastilyo"nun çalışdırıcısı Santyaqo Solari olacağı vurğulanıb.

Qeyd edək ki, "Real"ın bu gün keçirəcəyi iclasda X.Lopeteqinin istefaya göndərəcəyi ehtimal olunur.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...