"Fənərbaxça"nın yeni baş məşqçisi kim olacaq?

"Fənərbaxça"nın yeni baş məşqçisi kim olacaq?
DÜNYA FUTBOLU 29 Oktyabr 2018 / 18:26 5010
-  A +

"Fənərbaxça"da yeni baş məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib.

Qol.az-ın Türkyə mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi bu vəzifəyə yerli mütəxəssis gətirməyi planlaşdırır. Namizədlərin hazırda klubsuz olan Tayfun Korkut, Hamza Hamzaoğlu, Kemal Özdeş və "Başakşəhər"in çalışdırıcısı Abdullah Avcı olduğu bildirilir. Yerli mütəxəssislər alınmayacağı təqdirdə, əcnəbi Leonardo Jardimlə danışıqlara başlanacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" dünən baş məşqçisi Filipp Kokunu istefaya göndərib.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...