Sarri "Çelsi"nin tarixinə düşdü

Sarri "Çelsi"nin tarixinə düşdü
DÜNYA FUTBOLU 29 Oktyabr 2018 / 14:30 2891
-  A +

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri klubun tarixinə düşüb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis London klubunun tarixində Premyer Liqanın ilk 10 oyununda məğlub olmayan yeganə baş məşqçidir.

Qeyd edək ki, 10 oyunun 7-də qalib gəlib, 3 dəfə heç-heçə edən "Çelsi"  24 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Son xəbərlər
topaz banner