"Arsenal"ın müdafiəçisi sıradan çıxdı

"Arsenal"ın müdafiəçisi sıradan çıxdı
DÜNYA FUTBOLU 29 Oktyabr 2018 / 13:24 1302
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan  “Arsenal” itki ilə üzləşib.

Qol.az-ın xəbərinə görə, ispaniyalı müdafiəçi Hektor Bellerin Premyer Liqanın 10-cu turunda "Kristal Palas"la keçirilən oyunda (2:2) zədələnib.

İlk hissənin sonlarında zədələnən Bellerin ikinci yarıda görüşü davam etdirə bilməyib. London klubunun rəsmi saytı 23 yaşlı futbolçunun yaşıl meydanlardan nə qədər uzaq qalacağına tibbi müayinədən sonra aydınlıq gələcəyini yazıb.

Qeyd edək ki, "Qarabağ"ın "Arsenal"la ikinci oyunu dekabrın 13-də Londonda keçiriləcək. "Topçular" Bakıdakı ilk matçda 3:0 hesablı qələbə qazanıb.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...