Pike Ramosu müdafiə etdi

Pike Ramosu müdafiə etdi
DÜNYA FUTBOLU 29 Oktyabr 2018 / 13:20 4601
-  A +

Dünən keçirilən “El-Klassiko” zamanı maraqlı hadisə yaşanıb.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, “Nou-Kamp”da keçirilən oyunun əvvəlində “Barselona”lı azarkeşlər “Real”ı kapitanı Serxio Ramosu təhqir etməyə başlayıblar. Bu zaman katalonların futbolçusu Jerar Pike həmkarının müdafiəsinə qalxıb.

O, əli ilə tribunalara jest edərək azarkeşləri Ramosu təhqiri dayandırmağa çağırıb.

Xatırladaq ki, “Barselona” bu oyunda “Real”a 5:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...