"İşimə davam etmək üçün gücüm var" - Lopeteqi

"İşimə davam etmək üçün gücüm var" -  Lopeteqi
DÜNYA FUTBOLU 29 Oktyabr 2018 / 12:47 3236
-  A +

“Çox məyusam. Ancaq qalıb, işimə davam etmək üçün gücüm var. Hələ mövsümün əvvəlidir, hər şey dəyişə bilər".

Qol.az-ın məlumatına görə, bu sözləri "Real"ın baş məşqçisi Xueln Lopeteqi İspaniya La Liqasının 10-cu turunda "Barselona"ya uduzduqları (1:5) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Uğursuzluqda bütün məsuliyyəti üzərinə götürən baş məşqçi "Real"ın bu mövsüm də titul qazanacağına inandığını bildirib: "Hazırda istədiyimizdən aşağı səviyədə çıxış edən futbolçular var. Amma qalıb, daha yaxşı komanda qurmaq üçün gücüm olduğuna əminəm. Baş məşqçi mənəm və bütün məsuliyyət mənimdir. Birlikdə qazanırıq, birlikdə məğlub oluruq. İndi çox məyusam, ancaq bu mövsüm də “Real”ın titul qazanacağına inanıram”.

Qeyd edək ki, İspaniyanın "Marca" qəzeti "Real"ın bu gün Lopeteqi ilə yollarını ayıracağını yazıb.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...