"El-Klassiko"nun qəhrəmanı danışdı

"El-Klassiko"nun qəhrəmanı danışdı
DÜNYA FUTBOLU 28 Oktyabr 2018 / 22:15 5353
-  A +

“Real"da böhran? Belə məqamlarda bir-birinə qarşı  anlayışla davranmalısan. Axı biz həmkarıq. Futbolda özünütənqid ruhunda olmalısan".

Qol.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın futbolçusu Luis Suarez İspaniya La Liqasının 10-cu turunda “Real”ı məğlub etdikləri görüşdən (5:1) sonra “Marca”ya açıqlamasında deyib.

Üç qol vuraraq matçın qəhrəmanına çevrilən uruqvaylı hücumçu rəqibin çatışmazlıqlarından, komandanın kapitanı Lionel Messiz qazanılan qələbədən və bu yaxınlarda dünyaya gələn oğlundan danışıb:

“İkinci hissədə “Real”ın hücumları çox oldu, qol imkanları yaratdılar. Ancaq biz daha yaxşı oynadıq. Rəqib boşluqlar buraxdı və biz bundan yararlandıq.

Əlbəttə, Messi heyətdə olanda əla olur. O, dünyanın ən yaxşı futbulçusudur. Ancaq biz komanda oyununa görə fəxr edə bilərik. Göstərdik ki, Messi olmadan da gözəl komandayıq. 

Biz qələbə qazandıq, bu yaxınlarda üçüncü oğlum oldu. Bütün bunlar mənim üçün çox vacibdir”.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...