Bu gün futbol dünyasının diqqəti Barselonada olacaq.
Əzəli və əbədi rəqiblər – “Barselona” ilə “Real”ın sayca 196-cı dueli “Nou Kamp”da baş tutacaq. İndiyədək keçirilən 195 görüşün 81-də “Real”, 75-də “Barsa” qalib gəlib. 39 matçda isə qalib müəyyənləşməyib. Bu dəfəki derbinin əsas özəlliyi odur ki, son 9 ildə ilk dəfə olaraq bu qarşıdurmada dünya futbolunun iki ən məşhur ulduzu – Messi və Ronaldo olmayacaq. Messi zədə səbəindən oyunu buraxacaq. Ronaldo isə məlum olduğu kimi artıq İtaliya A seriyasında, “Yuventus”da oynayır. Bu iki ulduzun olmaması derbi ətrafındakı ajiotaja müəyyən qədər təsir göstərsə də, prinsipiallığı qətiyyən azaltmır. “Barselona” “Atletiko Madrid”in dünənki qələbəsindən sonra 2-ci pilləyə ensə də, potensial olaraq lider sayılır. “Real”da isə vəziyyət fərqlidir. Ardıcıl 4 oyundur La Liqada qələbə qazana bilməyən “Kral Klubu” adına yaraşmayan 8-ci yerdədir. Ronaldonun gedişindən sonra zəif təsir bağışlayan madridlilər görək, bu gün əzəli rəqibi qarşısında toprlana biləcəkmi? “Barselona” 2015-ci ildən bu yana öz meydanında “Real”a qalib gələ bilmir. Komandaların mövcud durumunu nəzərə alsaq, “Barsa”nın bu “qara statistika”ya son qoymaq üçün əlinə yaxşı imkan düşüb. Katalonların heyətində Messidən başqa Vermalen və Umititi də zədə səbəbindən oynamayacaq. “Real” da isə eyni səbəbdən Karvahal yoxdur. “El klassiko” tarixində ilk dəfə bu günkü oyunda VAR sistemindən istifadə ediləcək. Bu isə hakim səhvlərini minimuma endirəcək və güclünün qalib gəlməsinə kömək edəcək. Saat 19:15-də başlanacaq bu möhtəşəm futbol tamaşasına Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan “Topaz” da həm canlı, həm də “təkli” mərc etmək mümkündür. “Topaz”da “Barsa”nın qələbəsi 1.85 əmsalla dəyərləndirilir. Heç-heçənin əmsalı 3.50-yə, “Real”ın qələbəsi isə 3.60 əmsala bərabərdir. “El klassiko”nun həyəcanını “Topaz”la yaşayın ki, derbi sizin üçün daha maraqlı olsun. Ümumiyyətlə, “Topaz”ın bu günkü proqramında 284 qarşılaşma yer alıb ki, onlardan 29-na “təkli” mərc etmək mümkündür.
“Topaz” müştəriləri üçün sabah – oktyabrın 29-u da xüsusi gündür. Məhz sabah “Topaz”ın oktyabrın 1-dən başlatdığı “10-dan hədiyyə qazan” kampaniyasının ilk tirajı keçiriləcək. 9 oktyabr tarixində saat 16:30-da CBC Sport kanalında yayımlanacaq tirajda 1 Hyundai Accent, 11 Samsung Galaxy S9, 11 Playstation 4 Slim öz sahibini tapacaq. Dekabrın 23-dək davam edəcək bu kampaniyada yaşı 18-ə çatmış istənilən şəxs iştirak edə bilər. Qazanmaq üçün bundan gözəl şans ola bilməz. Kampaniyanın şərtləri haqda ətraflı məlumatı Topaz Facebook, İnstaqram səhifələrindən
və topaz.az rəsmi veb səhifəsindən ala bilərsiniz. Mərc edin, qazanın və dəyərli hədiyyələrə sahib olun!
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!