"Borussiya" büdrədi, "Bavariya" liderə yaxınlaşdı

"Borussiya" büdrədi, "Bavariya" liderə yaxınlaşdı
DÜNYA FUTBOLU 28 Oktyabr 2018 / 01:12 2831
-  A +

Almaniya Bundesliqasında 9-cu turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, dünən daha 5 qarşılaşma keçirilib. Lider "Borussiya" gözlənilmədən evdə xal itirib. Dortmund təmsilçisi doğma azarkeşləri önündə "Herta"nın müqavimətini qıra bilməyib - 2:2.

"Borussiya"nın xal itkisindən "Bavariya" maksimum yararlanıb. Səfərdə "Maynts"ı 2:1 hesabı ilə üstələyən Münhen təmsilçisi dortmundlularla xal fərqini 2-yə endirib.

Turun son 3 görüşü sabah keçiriləcək.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 21 xalla Dortmund "Borussiya"sı başçılıq edir. Liderdən 2 xal az toplayan "Bavariya" 2-cidir. Münhenqladbax "Borussiya"sı isə 17 xalla 3-cü pillədə qərarlaşıb.


27 oktyabr

"Maynts" - "Bavariya" - 1:2
Qollar:
Leon Qoretska, 39 (0:1), Jan-Pol Botius, 48 (1:1), Tiaqo Alkantara, 62 (1:2)

"Borussiya" (Dortmund) - "Herta" - 2:2
Qollar:
Ceydon Sanço, 27 (1:0), 61 (2:1), Salamon Kalu, 41 (1:1), 90-pen (2:2)

"Fortuna" - "Volfsburq" - 0:3
Qollar:
Vout Veqhorst, 41-pen (0:1), Cosip Brekalo, 73 (0:2), Daniel Ginçek, 80 (0:3)

"Hannover" - "Auqsburq" - 1:2
Qollar:
Rani Kedira, 8 (0:1), Alfred Finboqason, 63-pen (0:2), İhlas Bebu, 72 (1:2)

"Hoffenhaym" - "Ştutqart" - 4:0
Qollar:
Coşua Brenet, 48 (1:0), Joelinton, 51 (2:0), İshak Belfodil, 57 (3:0), 60 (4:0)


28 oktyabr

"Nürnberq" - "Ayntraxt"

"Leyptsiq" - "Şalke"

"Verder" - "Bayer"


26 oktyabr

"Frayburq" - "Borussiya" (Münhenqladbax) - 2:1

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...