"Beşiktaş"da artığamsa, gedərəm" – Kuarejma

"Beşiktaş"da artığamsa, gedərəm" –  Kuarejma
DÜNYA FUTBOLU 26 Oktyabr 2018 / 17:20 3720
-  A +

"Beşiktaş" azarkeşləri Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Genk”lə səfər oyunundan (2:4)  sonra İstanbul klubunun üzvü Rikardo Kuarejmanı fitə basıb.

Qol.az-ın “Gola.com”a istinadən yaydığı məlumata görə,  portuqaliyalı futbolçu qarşılaşmadan sonra bu barədə açıqlama verib. O, komandaya lazım olmayacağı təqdirdə klubu tərk edəcəyini bildirib:

“Yaxşı oynamağa çalışdıq, amma olmadı. Şans bizim tərəfimizdə deyildi. Lakin qarşıda hələ çox oyun var. Səhvlərimizi görüb, qarşıdakı oyunlarda düzəltməyə çalışacağıq. Komandaya artıqlıq edirəmsə,
gedərəm.”

Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinə 2015-ci ildə “Portu”da transfer olunub.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...