Mourinyodan İbrahimoviç açıqlaması

Mourinyodan İbrahimoviç açıqlaması
DÜNYA FUTBOLU 26 Oktyabr 2018 / 16:23 3935
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında “Everton”la keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, 55 yaşlı mütəxəssis isveçli hücumçunun yanvar ayında Mançester təmsilçisinə transfer olunacağı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib. O, daha əvvəl də “qırmızı şeytanlar”ın formasını geyinmiş forvardın komandaya qayıtmasının mümkün olmadığını bildirib.

Qeyd edək ki, hazırda ABŞ-ın “Los Anceles Qalaksi” klubunada çıxış edən 37 yaşlı futbolçu bu ilin əvvəlində “Mançester Yunayted”dən ayrılıb.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...