Yunanıstan millisində baş məşqçi dəyişikliyi

Yunanıstan millisində baş məşqçi dəyişikliyi
DÜNYA FUTBOLU 26 Oktyabr 2018 / 13:05 1524
-  A +

Yunanıstan millisinin baş məşqçisi Mixal Skibbe istefaya göndərilib.

Qol.az-ın məlumatına görə, bu barədə Yunanıstan Futbol Federasiyası xəbər yayıb.

Millinin uğursuz çıxışları almaniyalı mütəxəssisin qovulmasına səbəb olub. Komanda Milətlər Liqasının son iki görüşündə - Finlandiya (0:2) və Macarıstana (1:2) uduzub. Yığma hazırda 4 turdan sonra 6 xalla qrupda 2-cidir.

Skibbeni yerli mütəxəssis Angelos Anastassiadis əvələyib. Onunla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Skibbe 2015-ci ilin oktyabrından Yunanıstan millisini çalışdırırdı.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...