"Qalatasaray"ın futbolçusu xəstəxanalıq oldu

"Qalatasaray"ın futbolçusu xəstəxanalıq oldu
DÜNYA FUTBOLU 25 Oktyabr 2018 / 15:54 2576
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Şalke" ilə matçda zədələnən "Qalatasaray"ın futbolçusu Yuto Naqatomonun son durumu müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  sinəsindən zərbə aldğı üçün məcburi əvəzlənən 32 yaşlı müdafiəçinin ağciyərində problem aşkarlanıb. Onun bir neçə gün xəstəxanada qalacağı bildirilib.

Qeyd edək ki, "Qalatasaray" - "Şalke" görüşü qolsuz bərabərliklə başa çatıb.


Son xəbərlər
topaz banner