"Qarabağ"- "Vorskla" "Topaz"da: həm "təkli", həm canlı
3 gündür davam edən avrokubok həyəcanına bu axşam Azərbaycan azarkeşi də qoşulacaq. Söhbət təbii ki, "Qarabağ"ın oyunundan gedir. Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Azərbaycan çempionu Ukraynanın "Vorksla" klubunu qəbul edəcək. Hər iki komanda ilk 2 turda nüfuzlu rəqiblərinə - "Arsenal" və "Sportinq"ə uduzublar. "Qarabağ" qrupda keçirdiyi iki oyunda qol vura bilməsə də ("Sportinq"lə 0:2, "Arsenal"la 0:3), "Vorskla" meydanı qolsuz tərk etməyib ("Arsenal"la 2:4, "Sportinq"lə 1:2). İndiyədək Ukrayna klubları ilə iki dəfə üz-üzə gələn Ağdam təmsilçisi bu oyunlardan birini udub, birini uduzub. Bu, "Dnepr"lə 4 il əvvəl Avroliqada baş tutan görüşlərdir. "Vorskla" isə indiyədək Azərbaycan klubları ilə qarşılaşmayıb. "Qarabağ"dan axşamkı matçda Donald Geryenin oynamayacağı dəqiqdir. "Vorskla"da əsas oyunçulardan Aleksandr Kobaxidze və Denis Vasin zədəlidir.
Heyətdəki itkilərə baxmayaraq hər iki komandanın qrupda ilk xalı və ya qələbəni qazanmaq üçün bütün gücünü ortaya qoyacağı şübhə doğurmur. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. Bütün Azərbaycanın böyuk maraqla gözlədiyi bu qarşılaşmaya ölkənin yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" da xüsusi yanaşır. Proqnoz həvəskarları bu matça həm "təkli", həm də canlı mərc edə bilər. "Topaz"ın təklif etdiyi əmsallar belədir: "Qarabağ"ın qələbəsi 1.65, heç-heçə 3.35, "Vorskla"nın qələbəsi 5.00.
"Qarabağ"-"Vorskla" matçından başqa "Topaz"da bu gün daha 20 qarşılaşmaya "təkli oyun" statusu verilib. 32 matça isə canlı mərc etmək mümkündür. "Təkli oyunlar" arasında ən çox maraq doğuranlardan biri də "Qarabağ"ın rəqibləri - "Sportinq"lə "Arsenal"ın görüşüdür. Hər iki komanda 2 oyundan 6 xal topladığından qalib tərəf qrupda vahid lider olacaq. Bu komandalar indiyədək avrokuboklarda 2 dəfə qarşılaşıb. Uzaq 1969-cu ildə baş tutan həmin duellərdə "Arsenal"üstün olub (3:0, 0:0). Hazırki "Arsenal" baxımlı oyunu ilə diqqət çəkir. Yeni baş məşqçi Unay Emerinin komandanı toparladığı göz qabağındadır. "Topçular" avqustun 18-dən bəri keçirdiyi bütünü 10 matçda qalib gəlib. Görək, bu seriya Lissabonda da davam edəcəkmi? "Topaz"ın bu görüş üçün təklif etdiyi əmsallar belədir: "Sportinq"in qələbəsi 3.55, heç-heçə 3.35, "Arsenal"ın qələbəsi 1.95.
Fransada keçiriləcək "Marsel"-"Latsio" və İtaliyada oynanılacaq "Milan"-"Betis" matçı da gecənin maraqlı görüşlərindəndir. "Marsel" ilk 2 turda cəmi 1 xal qazanıb, "Latsio"nun hesabında isə 3 xal var. Hər iki komandanın keçirdiyi oyunlar "üst" bitib. Bu statistika "Topaz"ın əmsallarında da nəzərə alınıb. Qarşılaşmanın "üst" bitəcəyinin əmsalı 1.55, "alt" isə 2-dir. "Marsel"in qələbəsinə mərclər 2.10, heç-heçəyə 3.30, "Latsio"nun qələbəsinə 2.75 əmsalla qəbul edilir. F qrupunun liderləri - "Milan"la "Betis"in görüşündə italyanlar favorit göstərilir. "Milan" ardıcıl 3-cü qələbəni qazanmağa çalışacaqsa, hesabında 4 xal olan "Betis" qalib gəlməklə zirvəni ələ keçirəcək. "Topaz"ın təklif etdiyi əmsallar: "Milan"ın qələbəsi 1.75, heç-heçə 3.20, "Betis"in qələbəsi 3.85.
Türkiyə klublarından üçü bu axşam meydanda olacaq. Bunlardan ikisində qardaş ölkə təmsilçilərinin rəqibləri belçikalılardır. "Fənərbaxça" "Anderlext"in qonağı olacaq. "Beşiktaş" isə "Genk"i qəbul edəcək. Hər iki oyunda uduzan "Anderlext"dən fərqli olaraq "Fənər"in hesabında 1 qələbə var. 11 il əvvəl bu komandalar ÇL-də qarşılaşmış və "sarı-lacivərdlilər" hər iki matçı qazanmışdı: Səfərdə 2:0, evdə 1:0. Ev sahibi olduğu üçün "Anderlext" nisbətən favorit sayılsa da, bu matçdan istənilən nəticəni gözləməkolar. "Topaz"ın əmsalları: "Anderlex"in qələbəsi 2.10, heç-heçə 3.10, "Fənərbaxça"nın qələbəsi 2.90. İ qrupunda yer alan digər 2 komanda kimi "Beşiktaş"la "Genk" də 3 xal toplayıb. Bu tur liderləri müəyyənləşdirmək baxımından önəmli olduğundan qrupdakı hər iki oyunu "6 xallıq matç" kimi xarakterizə etmək olar. "Topaz"ın İstanbuldakı qarşılaşma üçün müəyyənləşdirdiyi əmsallar: "Beşiktaş"ın qələbəsi 2.00, heç-heçə 3.35, "Genk"in qələbəsi 3.20.