Hazard oynamayacaq

DÜNYA FUTBOLU 24 Oktyabr 2018 / 21:30 1081
-  A +

"Çelsi"nin futbolçusu Eden Hazard Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda BATE ilə oyunu buraxacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə London klubunun baş məşqçisi Mauritsio Sarri məlumat verib. İtaliyalı mütəxəssis deyib ki, belçikalı yarımmüdafiəçinin kürəyində ağrılar olduğu üçün o, sabah oynamayacaq: "Amma onun Premyer Liqa oyununa çatmağına çalışırıq".

Qeyd edək ki, "Çelsi" - BATE görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner