Mourinyo "Yuventus" azarkeşlərinin söyüşünə necə cavab verdi?

Mourinyo "Yuventus" azarkeşlərinin söyüşünə necə cavab verdi?
DÜNYA FUTBOLU 24 Oktyabr 2018 / 18:52 3695
-  A +

Çempionlar Liqası qrup mərhələsinin 3-cü turunda “Mançester Yunayted” - “Yuventus” oyununda (0:1) Turin klubunun arakeşləri meydan sahiblərinin baş məşqçisi Joze Mourinyonu təhqir ediblər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bir zamanlar İtaliya “İnter”ini də çalışdırmış portuqaliyalı mütəxəssis ünvanına yağdırılan təhqirləri cavabsız qoymayıb.

O, azarkeşlərə 3 barmağını göstərərək “Yuventus”un tarixi ərzində əldə etmədiyi, lakin onun 2010-cu ildə “İnter”lə qazandığı  3 böyük uğuru – İtaliya A seriyası, İtaliya Kuboku və Çempionlar Liqasının qalibi olmasına işarə edib.



Mourinyo  oyundan sonra mətbuat konfransında da hadisə ilə bağlı danışıb: “Verdiyim cavab açıq idi. Məni sevmədiklərini bilirəm. Onlar üçün ən çətin dönəm “İnter”lə 3 böyük nəticəni qazandığım il idi”.

Qeyd edək ki, sözügedən komandaların yer aldığı H qrupuna 9 xalla “Yuventus” başçılıq edir. “Mançester Yunayted” 4 xalla 2-ci pillədə qərarlaşıb. 2 xalı olan “Valensiya” 3-cü, “Yanq Boys" isə 1 xalla 4-cüdür.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...