“Milan” Qattuzoya əvəzləyici tapdı

“Milan” Qattuzoya əvəzləyici tapdı
DÜNYA FUTBOLU 24 Oktyabr 2018 / 16:32 3044
-  A +

"Milan"ın baş məşqçisi Cennaro Qattuzo yaxın vaxtlarda istefaya göndərilə bilər.

Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, mövsümə uğursuz başlayan klubun rəhbərliyi Qattuzoya əvəzləyici tapıb. Bu, Roberto Donadonidir. Son olaraq "Bolonya"nı çalışdıran italiyalı mütəxəssis  hazırda işsizdir. O, futbolçu karyerası ərzində 12 il (1986-1996, 1997-1999) "Milan"ın şərəfini qoruyub.

Qeyd edək ki, Qattuzonun komandası A Aseriyasında 8 turdan sonra 12-ci pillədə qərarlaşıb.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...