Sançes Mourinyo ilə yola getmir - qəsdən məşqə çıxmayıb

Sançes Mourinyo ilə yola getmir -  qəsdən məşqə çıxmayıb
DÜNYA FUTBOLU 24 Oktyabr 2018 / 15:20 2242
-  A +

“Mançester Yunayted”in futbolçusu Aleksis Sançes komandadan ayrıla bilər.

Qol.az-ın İngiltərə mətbuatına istinadən yaydığı xəbərə görə, çilili hücumçu baş məşqçi  Joze Mourinyo ilə yola getmir. Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Yuventus”la oyunöncəsi zədəli olduğu üçün məşqə qatılmadığı deyilən futbolçunun əslində heç bir zədəsinin olmadığı və qəsdən bu cür etdiyi bildirilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu Mançester təmsilçisinə bu ilin yanvarında London “Arsenal”ından transfer olunub.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...