İskodan Ronaldoya tikanlı atmaca

İskodan Ronaldoya tikanlı atmaca
DÜNYA FUTBOLU 24 Oktyabr 2018 / 14:04 5574
-  A +

Yeni mövsümə ardıcıl uğursuzluqlarla başlayan “Real"ın futbolçusu İsko keçmiş komanda yoldaşı - hazırda “Yuventus”un formasını geyinən Kriştiano Ronaldo haqqında açıqlama verib.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı məlumata görə, ispaniyalı futbolçu “Ronaldo üçün darıxırsınız?” sualına  “Bizimlə birlikdə olmağı istəməyən biri üçün ağlayası deyilik” - deyə cavab verib.
Qeyd edək ki, daha öncə Qaret Beyl və Dani Keballos da portuqaliyalı hücumçu haqqında açıqlama verərək “Ronaldo olmadan daha yaxşı komandayıq” demişdilər.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner