“Barselona”nın əfsanəvi futbolçularından olmuş Xristo Stoiçkovla hazırkı baş məşqçi Ernesto Valverde arasında maraqlı dialoq yaşanıb.
Qol.az-ın xəbərinə görə, hadisə dünən Valverdenin Çempionlar Liqasında “İnter”lə oyunla əlaqədar keçirdiyi mətbuat konfransında baş verib. Mətbuat konfransına qatılıan 52 yaşlı sabiq bolqar futbolçu Lionel Messinin zədə səbəbindən qarşıdakı görüşü buraxacağını xatırladaraq katalonların çalışdırıcısına onu meydana buraxmağı təklif edib:
– Axşamınız xeyir, mister! Mən Xristo Stoiçkovam. Məlum olduğu kimi, Jordi Albanın ən yaxşı tərəf müqabili sabah oynamayacaq. Əgər siz onun yerinə sol cinah və ya ortada kimi oynatmaqla bağlı baş sındırırsınızsa, bilin ki, mən sizin xidmətinizdəyəm.
Buna cavab olaraq Valverde gülərək hazırcavablıqla deyib:
- Hələ ki, mən bu haqda düşünməmişəm. Amma siz oyunun gedişatında hər ehtimala qarşı mənə yaxın bir yerdə olun.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı