"Biz Çempionlar Liqasını qazanmağa əsas namizədlərdən olan komandaya uduzduq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Yuventus"a uduzduqları görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti şərh edərkən rəqibin müdafiə xəttini xüsusi vurğulayıb. O, Corcio Kyellini və Leonardo Bonuççinin sayəsində rəqibə qol vura bilmədikləri qeyd edib: "Oyunun nəticəsini dəyişmək üçün hər şey etdik. Əsas da ikinci hissədə fəal idik. Ancaq rəqibin Kyellini və Bonuççi kimi müdafiəçiləri var. Bu futbolçular Harvard universitetində mərkəz müdafiəçisi necə olmalıdır dərsi keçə bilərlər. Onlar fantastik müdafiəçilərdir".
Xatırladaq ki, Turin klubu Paolo Dibalanın qolu sayəsində səfərdə qələbə qazanıb.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı