Mərc həvəskarları üçün "Topaz"la futbol həyəcanı davam edir. Avropanın 1 nömrəli klub turniri Çempionlar Liqasının oyunları öz yerində, ondan başqa İspaniya primerosunda, İngiltərə, İtaliya, Polşa, Danimarka və Rusiyanın aşağı liqalarında, həmçinin Serbiya, Slovakiya, Yaponiya, Misir, Meksika və Peruda keçiriləcək kubok görüşləri də bu günkü "Topaz" proqramında əksini tapıb. Tam 106 oyun!!! Onlardan 41-nə oyunların gedişində, canlı mərc etmək olar. 8 matça isə "təkli oyun" statusu verilib.
"Təkli oyunlar"dan 7-si Çempionlar Liqası matçları, biri isə ispan La Liqasının əvvəlki turlardan təxirə salınmış "Rayo Vallekano" - "Atletik Bilbao" qarşılaşmasıdır. "Təkli oyunlar"dan xüsusi maraq doğuranları.
Saat 23:00. "Barselona" - "İnter" (kod 107)
"B" qrupunun liderlərinin dueli. Hər iki komanda 2 oyundan maksimum xal toplayıb. Axşamkı görüşdə üstün olan tərəf qrupun şəriksiz lideri olacaq. "İnter" hazırda yüksəliş dövrünü yaşayır. Luçiano Spalletinin komandası A seriyası və Çempionlar Liqasında keçirdiyi son 7 matçda uduzmayıb. Ötən həftəsonu isə prinsipial Milan derbisində əzəli rəqibinə qalib gəlib (1:0). Lakin həmin görüş "İnter" üçün itkisiz olmayıb. "Neradzurra"nın əsas fiqurlarından biri Raca Nainqqolan zədələnib və onun "Barsa"ya qarşı oynayacağı sual altındadır.
"Barselona"nın itkiləri isə daha çoxdur. Ən əsası komandanın lideri Messi zədə səbəbindən "İnter"lə oyunda olmayacaq. Ondan başqa Umtiti və Vermalen də zədə üzündən matçı buraxacaq. Statistikaya gəlincə, tərəflər arasındakı 10 görüşdən 5-də "Barsa", ikisində isə "İnter" üstün olub. Milanlılar "Nou Kamp"da sonuncu qələbəni uzaq 1970-ci ildə qazanıb. Ondan sonra Barselonaya hər 3 səfər məğlubiyyətlə bitib. Bu 3 oyunda "İnter" hətta bir qol belə vura bilməyib. İki futbol "nəhəng"inin bu dəfəki duelinə "Topaz"ın təklif etdiyi əmsallar: "Barselona"nın qələbəsi 1.45, heç-heçə 3.85, "İnter"in qələbəsi 4.85.
Saat 23:00. "Pari Sen Jermen" - "Napoli" (kod 696)
"Ölüm qrup"u sayılan C qrupunda vəziyyət adına uyğundur. 2 oyundan sonra "Napoli" 4 xalla liderdir. "Liverpul" və PSJ 3 xalla sonrakı yerləri bölüşdürür. "Liverpul"un bu axşam öz meydanında "Srvena Zvezda"ya qalib gəlmək ehtimalı yüksək olduğundan qrupun Parisdə keçiriləcək matçının əhəmiyyəti ikiqat artır. "Napoli" qrup lideri olsa da, PSJ görüşün aşkar favoriti hesab olunur. Bu da təsadüfi deyil. Komanda hazırda rəqibləri üçün "dəhşət saçır". Parislilər sanki qol manyakına çevrilib. Son 6 matçın hamısını böyük hesabla qazanıblar. Fransa Liqasında ortabab "Amyen" və nüfuzlu "Lion"la oynadıqlarının fərqində belə olmayıblar: hər ikisnə 5 cavabsız qol vurublar. ÇL-də ötən tur "Srvena Zvezda"nı darmadağın ediblər -6:1. Ümumiyyətlə, iyulun ortalarından bəri yoldaşlıq görüşləri də nəzərə alınmaqla PSJ-nin son 17 matçının hamısı "üst" bitib. Axşamkı dueldə Fransa çempionunun heyətində zədəli Di Mariya, Veratti və Dani Alveşin oynayacağı sual altındadır. Təcrübəli qapıçı Buffon isə qırmızı vərəqə cəzalısı olduğundan matçı buraxacaq. "Napoli"də İnsinye və Kulibalinin yüngül zədəsi olsa da, meydana çıxacaqlaır gözlənilir. "Topaz"ın bu oyun üçün təklif etdiyi əmsallar: PSJ-nin qələbəsi 1.40, heç-heçə 4.15, "Napoli"nin qələbəsi 5.
Saat 23:00. "Qalatasaray" - "Şalke" (kod 108)
Azərbaycanda çoxsaylı azarkeşi olan "Qalatasaray" da bu axşam vacib oyuna çıxacaq. D qrupunda 2 oyundan 3 xal toplayan "Cim-Bom" 2-ci pillədə qərarlaşan "Şalke"ni qəbul edəcək. Bu komandalar indiyədək 2 dəfə qarşılaşıb. 5 il əvvəl ÇL-də baş tutan həmin görüşlərdə "Qalatasaray" Helzenkirxen təmsilçisinə uduzmayıb. (3:2 və 1:1). Alman bundesliqasında hazırda 16-cı sırada qərarlaşan "Şalke" qeyri-stabil mövsüm keçirir. Bir tərəfdən də zədə epidemiyası komandanı çətin vəziyyətə salıb.
"Qalatasaray"la matçda 6 oyunçunun meydan çıxacağı sual altındadır. Türklərdə isə əsas itki zədəli Emre Akbabanın yoxluğudur. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da bu görüşə həm "təkli", həm də canlı mərc edə bilərsiniz. Əmsallar: "Qalatasaray"ın qələbəsi 2.45, heç-heçə 3, "Şalke"nin qələbəsi 2.75.
Seçim genişdir, qazanmağın isə bir yolu var - "Topaz"!!!
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video