Millimizlə oyunu buraxacaq

Millimizlə oyunu buraxacaq
DÜNYA FUTBOLU 15 Oktyabr 2018 / 12:39 2042
-  A +

Farer adaları millisinin futbolçusu Rene Yonsen UEFA Millətlər Liqasının 5-ci turunda Azərbaycanla oyunu buraxacaq.

Qol.az-ın məlumatına görə, buna səbəb onun sarı vərəqə limitini doldurmasıdır. 4-cü turda Kosovo ilə matçın (1:1) 44-cü dəqiqəsində sarı vərəqə alan 25 yaşlı yarımmüdafiəçinin bu, turnirdəki 2-ci xəbərdarlığı olub. Bununla da o, cəzalı duruma düşüb.

Qeyd edək ki, R.Yonsen Kosovo ilə görüşün 50-ci dəqiqəsində komandasının bərabərlik qolunu vurub.

Əlavə edək ki, Azərbaycan - Farer adaları oyunu noyabrın 17-i saat 21:00-da başlayacaq.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...