Mbappe Fransa çempionatının tarixinə düşdü

Mbappe Fransa çempionatının tarixinə düşdü
DÜNYA FUTBOLU 8 Oktyabr 2018 / 18:38 3012
-  A +

Fransa çempionatının 9-cu turunda 4 qol vuran PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-in tarixinə düşüb.

Qol.az-ın xəbərinə görə, Liqa 1-in son turunda “Lion”la qarşılaşmada (5:0) 13 dəqiqəyə 4 qol vuran fransalı 19 yaşlı futbolçu, bununla da, Fransa çempionatının tarixinə adını yazdırıb. 

O, Liqa 1 tarixinin son 45 mövsümündə bir oyunda 4 qol vuran ən gənc oyunçudur.

Qeyd edək ki, Mbappe bu mövsüm Fransa Liqasında 5 oyuna 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

Son xəbərlər
topaz banner