Messinin ən yaxşı assistenti – Suares

Messinin ən yaxşı assistenti – Suares
DÜNYA FUTBOLU 8 Oktyabr 2018 / 12:08 2039
-  A +

"Barselona"nın oyunçusu Luis Suares komanda yoldaşı Lionel Messiyə Kataloniya klubunda ən çox qol ötürməsi verən futbolçu olub.

Qol.az-ın "Opta"ya istinadən yaydığı xəbərə görə, o, son olaraq La Liqanın 8-ci turunda "Valensiya" ilə matçda (1:1) Messiyə assistentlik edib. Bununla da argentinalı hücumçuya verdiyi qol ötürmələrinin sayını 27-yə yüksəldən L.Suares bu göstəricidə Dani Alveşi geridə qoyub.

Qeyd edək ki, hazırda PSJ-də oynayan  D.Alveş "Barsa"da oynadığı dönəmdə L.Messiyə 26 qol ötürməsi vermişdi.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner