"Ştutqart" Tayfun Korkutu istefaya göndərdi

"Ştutqart"  Tayfun Korkutu istefaya göndərdi
DÜNYA FUTBOLU 7 Oktyabr 2018 / 13:18 2213
-  A +

"Ştutqart" baş məşqçisi Tayfun Korkutu istefaya göndərib.

Qol.az-ın Bundesliqa klubunun saytına istinadən yaydığı xəbərə görə, ölkə çempionatının 7-ci turunda "Hannover"ə 1:3 hesablı məğlubiyyətdən sonra bu qərar verilib.

Klub rəhbərliyi türk mütəxəssislə yanaşı,  köməkçilər İlya Araçiç və Stiven Çerundolonla da yolları ayırıb. Komandanı müvəqqəti olaraq Andreas Xinkrlin çalışdıracağı bildirilib.

Qeyd edək ki, "Ştutqart" hazırda ölkə çempionatında 5 xalla sonuncu yerdədir.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...