İbrahimoviç "Milan"a qayıda bilər

İbrahimoviç "Milan"a qayıda bilər
DÜNYA FUTBOLU 3 Oktyabr 2018 / 13:40 2418
-  A +

Bir vaxtlar "Milan" və "İnter"də çıxış etmiş Zlatan İbrahimoviç İtaliyaya qayıda bilər.

Qol.az-ın "Correire della sera"ya istinadən yaydığı xəbərə görə, 37 yaşlı hücumçunu "Milan" heyətinə cəlb etmək istəyir.

"Rossonyerlər"in baş məşqçi Cennaro Qattuzonun isveçli forvardı komandasında görmək istədiyi bildirilir. O, hücum xəttini "Los-Anceles Qalaksi”də qollarını sıralayan futbolçu ilə gücləndirmək fikrindədir.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə “Milan”da oynayıb. O, bu müddətdə 61 oyuna 42 qol vurub.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...