Mourinyodan futbolçularına tənqid: “Səviyyələrindən aşağı çıxış etdilər”

Mourinyodan futbolçularına tənqid:  “Səviyyələrindən aşağı çıxış etdilər”
DÜNYA FUTBOLU 3 Oktyabr 2018 / 13:16 2486
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun "Valensiya" ilə oyunundan (0:0) sonra futbolçularını tənqid edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, matçdan sonra açıqlama verən portuqaliyalı mütəxəssis hücumçularından narazı qaldığını bildirib:

“Oyundan əvvəl 20 qol epizodu yarada bilməyəcəyimizi başa düşürdük. Maksimum 4 qol imkanı əldə edib, qələbə qazanacağımızı fikirləşirdik. Ancaq hücumçularımız öz səviyyələrindən aşağı çıxış etdilər. Yaxşı oynamağa çalışdıq, amma bunu edə biləcək səviyyədə futbolçularımızın olmadığı üçün alınmadı”.

Oyunun gec başlaması məsələsinə də toxunan baş məşqçi fikirlərinə əlavə edib: "Oyundan 2 saat əvvəl oteldən ayrıldıq. Stadiona 30 dəqiqəyə çatacağımızı düşünürdük, amma polislər bizlə gəlməkdən imtina etdi. Buna görə də 75 dəqiqə müddətində çatdıq. Bəxtimiz gətirdi ki, oyunun 5 dəqiqə gec başlanılmasına icazə verildi”.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...