“Yuventus”un tarixində rekord

“Yuventus”un tarixində rekord
DÜNYA FUTBOLU 3 Oktyabr 2018 / 00:33 3817
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Yuventus” “Yanq Boyz”u 3:0 hesabı ilə məğlub edib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bununla da Turin klubu mövsümün startında ardıcıl 9-cu qələbəsini qazanıb.

Bu isə klub tarixində rekorddur. Buna qədər ən yaxşı halda “Qoca Sinyora” mövsümə ardıcıl 8 qələbə ilə start vermişdi. 1930/1931 mövsümündə “Yuve” 9-cu görüşdə “Napoli”yə 1:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, cari mövsüm “Yuventus” “A” seriyasında 7, ÇL-də isə 2 qələbə qazanıb.


Son xəbərlər
topaz banner