“Mançester Siti” belə tez qol buraxmamışdı

“Mançester Siti” belə tez qol buraxmamışdı
DÜNYA FUTBOLU 2 Oktyabr 2018 / 22:15 3557
-  A +

“Mançester Siti” Çempionlar Liqasında klub tarixinin ən tez qolunu buraxıb.

Qol.az-ın xəbərinə görə, antirekord qrup mərhələsinin 2-ci turunda hazırda “Hoffenhaym”lə keçirilən səfər matçında qeydə alınıb.

Meydan sahiblərinin hücumçusu İsxak Belfodil matçın start fitindən 44 saniyə sonra “şəhərlilər”in qapısına yol tapıb.

“Mançester Siti” sonuncu dəfə ÇL-də ən tez qolu 2014-cü ildə Moskva SSKA-sı ilə görüşdə buraxıb.
Həmin görüşün 98-ci saniyəsində Seydu Dumbiya Mançester təmsilçisini məyus edib.

Son xəbərlər
topaz banner