Peter Çex nə vaxt sıraya dönəcək? - klubdan açıqlama

Peter Çex nə vaxt sıraya dönəcək? - klubdan açıqlama
DÜNYA FUTBOLU 2 Oktyabr 2018 / 21:01 1656
-  A +

“Arsenal”ın zədəli qapıçısı Peter Çexin durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün tibbi müayinədən keçən təcrübəli qolkiperin dizaltı vətərlərində zədə aşkarlanıb. Çexiyalı qapıçının 3-4 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Xatırladaq ki, “Arsenal” Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqiblərindəndir. London klubu oktyabrın 4-də Bakıda Ağdam təmsilçisi ilə qarşılaşacaq.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...