Qvardioladan Mbappe açıqlaması

Qvardioladan Mbappe açıqlaması
DÜNYA FUTBOLU 1 Oktyabr 2018 / 23:00 4392
-  A +

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola PSJ-nin futbolçusu Kilian Mbappeni transfer edəcəkləri barədə yayılan iddialara münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata  görə, o, bu xəbərləri təkzib edib: "Mbappeni transfer etməyəcəyik. Bu şayiələrin necə yayıldığını bilmirəm. Rahim Sterlinqi hansısa oyunçu ilə dəyişməyə hazırlaşmırıq".

Qeyd edək ki, "Mançester Siti"nin Mbappe üçün PSJ-yə 200 milyon funt-sterlinq (224 milyon avro) ödəməyə hazır olduğu iddia olunurdu.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...