"Ölməyimi istəyirsiniz?" - Pol Poqba

"Ölməyimi istəyirsiniz?" - Pol Poqba
DÜNYA FUTBOLU 1 Oktyabr 2018 / 21:00 4923
-  A +

"Mançester Yunayted"in futbolçusu Pol Poqba baş məşqçisi Joze Mourinyo ilə münasibətləri ilə bağlı sualı cavablandırmayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, vitse-kapitanlıqdan məhrum edilən fransalı yarımmüdafiəçi portuqaliyalı mütəxəssislə aralarında baş verənlərlə bağlı fikrinin bildirilməsinə belə cavab verib: "Ölməyimi istəyirsiniz?".

Qeyd edək ki, "MY"nın baş məşqçisi Joze Mourinyo ilə münasibətləri yaxşı olmayan P.Poqbanın bu qış satışa çıxarılacağı gözlənilir.


Son xəbərlər
topaz banner