Millimizin oyununda maltalı hakimlər

Millimizin oyununda maltalı hakimlər
GÜNDƏM 3 Sentyabr 2018 / 13:57 2489
-  A +

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə qrupunda İsrail yığması ilə keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  “Dalğa Arena”da keçiriləcək qarşılaşmanı maltalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Trustin Farruciya Kann olacaq. Ona yan xətdə Alan Kamilyeri və Luke Portelli kömək edəcək.  Malkolm Spiteri isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Azərbaycan - İsrail matçı saat 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə