"Sportinq"in baş məşqçisi "Qarabağ"dan danışdı

"Sportinq"in baş məşqçisi "Qarabağ"dan danışdı
GÜNDƏM 1 Sentyabr 2018 / 13:49 9938
-  A +

“Sportinq” klubunun baş məşqçisi Joze Pizeyru Avropa Liqasının püşkünü dəyərləndirib.

Qol.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, E qrupunda mübarizə aparacaqları “Arsenal”, “Qarabağ” və “Vorskla” klubları haqda fikirlərini bölüşən portuqaliyalı mütəxəssis ilk iki komandanı xüsusi vurğulayıb:

“Arsenal” Çempionlar Liqası komandasıdır. Qrupumuzda bir də “Qarabağ” var, hansı ki, ötən mövsüm ÇL-in qrup mərhələsində iştirak edib. Qrupda “Sportinq”lə birlikdə Çempionlar Liqası təcrübəsi olan 3 komandanın yer alması yaxşı haldır”.

Qeyd edək ki, “Qarabağ” qrupda ilk oyununu sentyabrın 20-də səfərdə “Sportinq”ə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə