Rəşad qızdırmalı, Halldorsson zədəlidir – "Qarabağ"da problem

Rəşad qızdırmalı, Halldorsson zədəlidir – "Qarabağ"da problem
GÜNDƏM 23 Avqust 2018 / 14:40 7421
-  A +

Avropa Liqasının pley-off mərhələsində bu gün səfərdə “Şerif”lə qarşılaşacaq “Qarabağ” problemlə üzləşib.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, komandanın əsas qapıçısı Hannes Halldorsson zədələnib. Dünənki məşqdə sol əzələsindən xəsarət alan islandiyalı qolkiperin bu gün meydana çıxıb-çıxmayacağı sual altdındadır.

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun isə “Şerif”ə qarşı oynamaq ehtimalı yüksəkdir. Bir neçə gündür qızdırması olan müdafiəçi dünənki məşqdə iştirak edib.

Qeyd edək ki, “Şerif” – “Qarabağ” matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?

04.07.25  14:35

"Napoli"də qalır