"Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. İrəli baxmaq lazımdır. Komanda uduzsa da, pis təsir bağışlamadı. Xüsusilə ilk hissədə. İlk qolda iki mərkəz müdafiəçimiz zonanı, rəqibi sığortalamalı idi. İkinci qolda da səhvimiz oldu. Təcrübəli futbolçu bunu etməməlidir. Yaxşı qol epizodlarımız vardı. İlk oyunda həyəcan, təlaş olur”.
Qol.az-ın məlumatına görə, bunu "Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının I turunda "Neftçi”yə 0:2 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Bu oyunda "Sumqayıtı"ın əsas problemi hücumun mərkəzi idi?
- Bəli. Bu matçda hücumda Ülvi İsgəndərova etibar etdik. Onun 21 yaşı var, cavan deyil. Bu yaşda oynamalıdır. İstəmədik ki, ilk hissənin ortasında dəyişək. Fasiləyək ona şans verdik.
- Avropa Liqasına vəsiqə qazanmağı qarşısına məqsəd qoyan klub yay fasiləsi boyu qapıçı və hücumçu problemini həll etmir. Bu gün Əfran İsmayılov hücumda oynadı...
- Onun hücumçuya xas keyfiyyətləri var. Bizdə futbolçu, qapıçı problemi gündəmdədir.
- İsmayılov sanki meydanda yerini tapmırdı. Hesab etmirsiniz ki, Aleksey İsayev orda daha faydalı ola bilərdi?
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. İsayevin ikinci hücumçu kimi oynaması daha effektli idi, nəinki hücumda.
- Müdafiəçiləriniz də səhvlər buraxdı…
- Futbol səhvlərdən ibarətdir. Arxa xətt oyunçularımıza inanırıq. Məğlubiyyətdə komandanı daha da sıxırıq, qələbələrdə isə şişirdirik.
- Hakimlikdən razı qaldınız?
- Hakim də səhv edə bilər. O da insandır. Sadəcə, futbolun xırda nüansları var ki, onları nəzərə almaq lazımdır. Görürsən ki, bir az təsir edir. Referi qarşılaşmanı elə vaxtda dayandırdı ki, hücum edirdik. Müdafiə olunanda başqa məsələ. İlk oyunda futbolçular kimi, hakimlər də səhv edə bilər. Yəni hakimlərin bir-biri ilə anlaşmaması da özünü göstərdi. İlk oyunun olması həyəcanından irəli gəlirdi.
- "Sumqayıt" azarkeşi tələbkardır. Qapıçı və mərkəz hücumçu problemi nə vaxt həllini tapacaq?
- Qapıçı dəvət etmişdik, ancaq bəzi səbəblərdən alınmadı. Həmçinin də hücumçu. Bəzi nüanslara görə, onu bu oyunda sifariş edə bilmədik.
- Sərdar Sərdarov növbəti matçda çıxış edə biləcək?
- Danışıqlar gedir. Ümid edirik ki, oynaya biləcək (Report).
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...