“Kukesi”nin idman direktoru Nderim Nedzipi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, Ağdam klubunun güclü olduğunu etiraf edən veteran futbolçu təmsilçimizin 3-cü təsnifat mərhələsində BATE-ni də keçəcəyini bildirib.
- Oyundan əvvəl olduqca iddialı açıqlamalar verirdiniz. Sizcə, komandanız niyə bu hesabla uduzdu?
- Düzdür, “Qarabağ”ı keçmək istəyirdik. Amma rəqibin səviyyəsi çox yüksəkdir. Bilirdik ki, çox çətin olacaq. Ona görə də oyuna müdafiə olunmaqla başladıq. “Qarabağ”a sürpriz etməyə gəlmişdik, amma alınmadı.
- Hansı qoldan sonra növbəti mərhələyə çıxmaq ümidinizi tamamilə itirdiniz?
- Bəlkə bir qol vursaydıq, hər şey fərqli ola bilərdi. Ancaq qırmızı vərəqə aldığımız epizod matçın qırılma anı idi. Bir daha rəqibin gücünə şahid olduq. Məncə, “Qarabağ” son 2 oyunda gördüyümüzdən də güclü komandadır.
- İlk penalti epizodu haqda nə düşünürsünüz?
- Fasilədə soruşdum, dedilər ki, penaltidir.
- Yəqin ki, bugünkü oyundan sonra razılaşarsınız ki, ilk matçdakı nəticə təsadüf idi...
- Yox, elə düşünmürəm. Şkodradakı matçda “Qarabağ”ın qol vəziyyətləri yox idi. İlk oyunda çox yaxşı müdafiə olunduq. Bura qol vurmağa gəlmişdik, vura bilmədik. Çünki “Qarabağ” bizdən daha yaxşı komandadır.
- “Qarabağ” növbəti mərhələdə BATE ilə qarşılaşacaq. Sizcə, bu rəqibi də keçə bilərmi?
- Məncə, BATE-ni də keçəcəklər. Onlara uğurlar arzu edirəm. İnanıram ki, ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qrupuna düşəcəklər.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”