“Qarabağ”la səviyyə fərqimiz böyükdür" - Armando Kunqu

“Qarabağ”la səviyyə fərqimiz böyükdür" -  Armando Kunqu
GÜNDƏM 2 Avqust 2018 / 00:20 7219
-  A +

“Rəqibdə hər hansı futbolçunu fərqlənndirməzdim. Etiraf etmək laızmdır ki, komandalar arasında səviyyə fərqi böyükdür”.

Qol.az-ın məlumatına görə, bu sözləri  Albaniyanın “Kukesi” klubunun baş məşqçisi Armando Kunqu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:3) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, "Qarabağ"ın üstün tərəfini kollektiv oyunla əlaqləndirib:“Rəqibin yüksək səviyyəli futbolçuları çoxdur. Bu gün "Qarabağ" komanda şəklində qalib gəldi, bir futbolçunun ustalığı ilə yox”.

A.Kunqu Avroliqadakı mübarizələrinin də çətin olacağını bildirib: “Bunun üçün rəqibimizin kimliyini bilməliyik. Bundan başqa, daha bir problemimzi var. Çünki hələ sabah yola düşəcəyik. Həmin matça Albaniyada hazırlaşmağa cəmi 5 gün vaxtımız olacaq. Buna görə də Avroliqa haqda indi bir şeyə deyə bilmərəm”.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq