"Kukesi"nin idman direktoru Nderim Nedzipi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"la oyunundan (0:0) sonra Albaniya mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, bir vaxtlar Ağdam klubunun da şərəfini qorumuş veteran futbolçu nəticədən asılı olmayaraq, təmsilçimizin hələ də favorit olduğunu bildirib.
- Bu nəticə sizi nə dəcədə razı saldı?
- Qarşılaşacağımız komandanın səviyyəsini və oyunun çətin keçəcəyini bilirdik. Əsas odur ki, qol buraxmadıq. 0:0 yaxşı nəticədir. Ancaq qarşıda minimum daha 90 dəqiqə var. Komanda günü-gündən güclənir, bu isə bizə özünəinam verir.
- Sizcə, Reginaldo cavab matçında həlledici rol oynaya bilər?
- Əlbəttə, ikinci oyunda hücumda oynamaq daha asan olacaq. O, komandanın düşərgəsinə dünən qoşulub. Gec gəldiyi üçün risk etmək istəmədik. Ancaq hücum etmək bacarımızın olduğunu bilirik. Ona görə də Bakıda qol vurmaq üçün mütləq şanslarımız olacaq.
- "Kukesi"nin "Qarabağ"ı keçmək şansları nə dərəcədə realdır?
- "Qarabağ" hələ də favoritdir. Amma futbolda yüz faizlik heç nə yoxdur. Uğur qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik.
- Ansi Aqolli ilə də görüşdünüz. Təəssüratlarınız necədir?
- "Qarabağ"da ilyarım oynamışam. Ona görə də Aqollini çox gözəl tanıyıram. Üzünə baxanda görünürdü ki, onlara əziyyət verdik. Bəlkə də bizim bu qədər kompakt oynayacağımızı gözləmirdilər. Şadam ki, Ansi "Qarabağ"ın əfsanəsi olub. Ona ölkə xaricində uğur qazanmış alban futbolçu kimi hörmət etməliyik. Aqolli ilk dəfə Albaniyaya rəqib futbolçu kimi gəlmişdi.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”