Almaniya milisində karyerasını başa vuran "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özilə dəstək çıxanlarda biri də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan olub.
Qol.az-ın "NTV Spor"a istinadən yaydığı xəbərə görə, dövlət başçısı dünən türkəsilli oyunçuya bununla bağlı zəng etdiyini deyib.
"Məsutun gözlərindən öpürəm. Onun bu addımı tam milli bir hərəkətdir" - deyə o bildirib.
Ərdoğan təkcə M.Özilə deyil, onunla şəkil çəkdirən digər oyunçular - İlkay Gündoğan və Cenk Tosuna da dəstək çıxıb: "Mənimlə şəkil çəkdirmələrini həzm edə bilmirlər. Sonuna qədər Məsutun arxasındayıq".
Qeyd edək ki, Özil şəxsi "Twitter" hesabından millidəki karyerasını başa vurduğunu açıqlayıb. "Arsenal"ın yarımmüdafiəçisi bunu Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə etdiyini bildirib.
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
"Sumqayıt"da braziliyalı qapıçı - Rəsmi
Onana daha bir mövsüm "Trabzonspor"da
"Kəpəz" yeni baş məşqçi ilə müqavilə imzaladı
"Əl-Nəsr"in yeni baş məşqçisi açıqlandı
Tunis millisinin 8 futbolçusunun dopinq testi müsbət çıxdı
"Zirə"dən yeni transfer
Yamal: "Qardaşım mənim üçün oğlum kimidir"
Tanınmış futbolçu "Fənərbaxça"da - Rəsmi
“Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
Ter Ştegenin yeni klubu bilindi
“Araz-Naxçıvan”da yeni məşqçi təyinatı