“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil Almaniya millisindəki karyerasını başa vurub.
Qol.az-ın məlumatına görə, türk əsilli futbolçu qərarını şəxsi “Twitter” hesabından açıqlayıb. 29 yaşlı oyunçu bu addımını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Londondakı görüşündən sonra Almaniya ictimaiyyətinin ona göstərdiyi irqçi münasibətlə əlaqələndirib:
“Son hadisələrlə bağlı xeyli düşündükdən sonra daha Almaniya millisində oynamamağı qərara aldım. Çünki özümə qarşı irqçi və ədalətsiz münasibət hiss edirəm. Millinin formasını hər zaman qürur və sevinclə geyinmişəm. İndi isə belə deyil.
Bu qərarı qəbul etmək çox çətin oldu. Həmişə komanda yoldaşlarım, məşqçilərim və alman xalqı üçün meydanda hər şeyimi ortaya qoymuşam. Ancaq Almaniya Futbol Federasiyası rəsmilərinin türk mənşəyimə hörmətsiz yanaşdıqlarını və məni eqoistcə siyasi təbliğata apardıqlarını görəndə, düşündüm ki, artıq bəsdir. Bunun mənim futbolçu olmağımla bir əlaqəsi yoxdur. Sadəcə, oturub, bunlara göz yummayacağam. Çünki irqçilik qəbulolunmaz bir şeydir”.
Qeyd edək ki, Özil “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan və "Everton"un hücumçusu Cenk Tosunla birlikdə Londonda R. T. Ərdoğanla görüşdüyü üçün Almaniyada sərt tənqid olunmuş, siyasi təbliğatda günahlandırılmışdı.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”