Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Londonda görüşüb şəkil çəkdirdiyi üçün Almaniya ictimaiyyəti tərəfindən tənqid olunan “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil ilk dəfə bu məsələylə bağlı fikirlərini bildirib.
Qol.az-ın məlumatına görə, türk əsilli alman futbolçu şəxsi “Twitter” hesabında bunları yazıb:
“Son yarım həftədə bir neçə ay ərzində baş verən hadisələri düşünmək üçün vaxtım oldu. Beləliklə, olanlarla bağlı öz fikir və hisslərimi bölüşmək istəyirəm. Bir çox insan kimi mənim də mənşəyim bir ölkənin hüdudlarından kənara çıxır. Almaniyada böyümüşəm, amma ailəm türkdür. Ona görə də mənim iki – alman və türk mənşəli ürəyim var. Uşaq vaxtı anam mənə hardan olduğumu unutmamağı və buna hörmət etməyi öyrədib. Hansı ki, bu, bugünə qədər düşündüyüm dəyərlərdir.
Mayda Londonda xeyriyyə və təhsillə bağlı bir tədbirdə Ərdoğanla görüşdüm. İlk dəfə isə onunla 2010-cu ildə Berlində keçirilən Almaniya – Türkiyə oyunundan sonra görüşmüşdüm. Həmin vaxt Angela Merkellə birlikdə matçı izləmişdilər. Bilirəm, bizim şəklimiz alman mətbuatında böyük rezonans doğurdu. Bəzi insanlar məni yalan danışmaqda günahlandırsalar da, bizim etdiklərimiz siyasi məqsəd daşımırdı. Dediyim kimi, anam heç vaxt mənə mənşəyimizi, ailə dəyərlərimizi unutmağa imkan verməz.
Mənim üçün Ərdoğanla şəkil çəkdirmək siyasət və ya hər hansı seçim deyil. Bu, mənim ailəmin ölkəsində ən yüksək vəzifəni tutan bir insana hörmətimdir. Mən futbolçuyam, siyasətçi deyiləm və bizim görüşümüz siyasi məqsəd daşımırdı. Mənim üçün prezidentin kim olmağı önəmli deyil. Vacib olan odur ki, bu insan prezidentdir”.
Qeyd edək ki, Londonda “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan və "Everton"un hücumçusu Cenk Tosunla birlikdə R. T. Ərdoğanla görüşən Özil Almaniyada sərt tənqid olunmuşdu.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video