Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.
Qol.az-ın məlumatına görə, keçirilən 15 oyunla 1/8 finala yüksələn bütün komandalar müəyyənləşib.
"Arsenal" Londonda "Ostersun"u qəbul edib. Səfərdə keçirilən ilk görüşdə 3 cavabsız qolla qalib gələn "topçular" öz meydanında 1:2 hesabı ilə yenilsə də, mərhələ adlayıb.
"Milan" öz meydanında "Ludoqorets"i sınağa çəkib. Bolqarıstanda qeydə alınan 3:0 hesablı qələbəyə baxmayaraq, İtaliya təmsilçisini doğma divarlar arasında da 1:0 hesablı qələbə qazanmaqla 1/8 finala yüksəlib.
"Borussiya" İtaliyada "Atalanta"nın qonağı olub. Dortmundda keçirilən ilk görüşdə Almaniya klubu 3:2 hesablı qələbə qazanmışdı. "Atalanta" uzun müddət hesabda öndə olsa da, sona 7 dəqiqə qalmış buraxılan top "Borussiya"nı 1/8 finala daşıyıb.
Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen”lə “Atletiko”nun dueli də maraqla gözlənilirdi. Danimarkada keçirilən ilk oyunda Madrid klubu 4:1 hesablı qələbə qazanmışdı. "Atletiko" cavab görüşündə də üstün tərəf olub - 1:0.
Qeyd edək ki, artıq 1/8 finalın ilk iştirakçısı "Srvena Zvezda"nı mübarizədən kənarlaşdıran Moskva MOİK-idir.
22 fevral
Avropa Liqası
1/16 finalın cavab oyunları
"Lokomotiv" (Moskva, Rusiya) - "Nitsa" (Fransa) 1:0
Qol: Denisov, 30
İlk oyun - 3:2
"Sportinq" (Portuqaliya) - "Astana" (Qazaxıstan) 3:3
Qollar: Dost, 3 (1:0), Tomasov, 37 (1:1), Fernandes, 53 (2:1); 63 (3:1). Tvumasi, 80 (3:2), Şomko, 90+4 (3:3)
İlk oyun - 3:1
"Latsio" (İtaliya) - "Styaua" (Rumıniya) 5:1
Qollar: İmmobile, 7 (1:0), Bastos, 35 (2:0), İmmobile, 43 (3:0), Anderson, 51 (4:0), İmmobile, 71 (5:0), Qnohere, 82 (5:1)
İlk oyun - 0:1
"Viktoriya" (Plzen, Çexiya) - "Partizan" (Serbiya) 2:0
Qollar: Kremençik, 67, Çermak, 90+4
İlk oyun - 1:1
"Vilyarreal" (İspaniya) - "Lion" (Fransa) 0:1
Qol: Traore, 85
İlk oyun - 1:3
"Leyptsiq" (Almaniya) - "Napoli" (İtaliya) 0:2
Qollar: Zielinski, 33, İnsinye, 86
İlk oyun - 3:1
"Zenit" (Rusiya) - "Seltik" (Şotlandiya) 3:0
Qollar: İvanoviç, 6, Kuzyayev, 28, Kokorin, 61
İlk oyun - 0:1
"Dinamo" (Kiyev, Ukrayna) - AEK (Yunanıstan) 0:0
İlk oyun - 1:1
"Atletiko" (Madrid, İspaniya) - "Kopenhagen" (Danimarka) 1:0
Qol: Qameiro, 7
İlk oyun - 4:1
"Braqa" (Portuqaliya) - "Marsel" (Fransa) 1:0
Qol: Horta, 31
İlk oyun - 0:3
"Arsenal" (İngiltərə) - "Ostersun" (İsveç) 1:2
Qollar: Aleş, 22 (0:1), Sema, 23 (0:2), Kolasinaç, 47 (1:2)
İlk oyun - 3:0
"Milan" (İtaliya) - "Ludoqorets" (Bolqarıstan) 1:0
Qol: Borini, 21
İlk oyun - 3:0
"Zalsburq" (Avstriya) - "Real Sosyedad" (İspaniya) 2:1
Qollar: Dabbur, 10 (1:0), Navas, 28 (1:1), Berişa, 74-pen (2:1)
İlk oyun - 2:2
"Atletik" (Bilbao, İspaniya) - "Spartak" (Moskva, Rusiya) 1:2
Qollar: Adriano, 44 (0:1), Etxeita, 57 (1:1), Malgerajo, 85 (1:2)
İlk oyun - 3:1
"Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) 1:1
Qollar: Toloi, 11 (1:0), Şmeltser, 83 (1:1)
İlk oyun - 2:3
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video