“Qarabağ” bura asan məğlub olmağa gəlməmişdi" - Korrea

“Qarabağ” bura asan məğlub olmağa gəlməmişdi" -  Korrea
GÜNDƏM 1 Noyabr 2017 / 12:33 6553
-  A +

“Bilirdik ki, bizim üçün finala bərabər oyundur. Qələbə qazanmaq istəyirdik. Ancaq məqsədimizə çata bilmədik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Atletiko”nun hücumçusu Anxel Korrea Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la 1:1 hesablı bərabərlikdən sonra “Marca”ya açıqlamasında deyib.
 
Argentina millisinin üzvü bu xal itkisindən sonra çətin duruma düşdüklərini bildirib: “Qarabağ” bura asan məğlub olmaq üçün gəlməmişdi. Xeyli qol imkanları yaratsaq da, şans bizim tərəfimizdə deyildi. Məğlub duruma düşdükdən sonra oyunu dəyişdirmək məcburiyyətində qaldıq. Çox çalışsaq da, alınmadı. Başımızı aşağı sala bilmərik, hələ də şansımız var. Sona qədər “vuruşmaq” lazımdır”.

Daha çox


Son xəbərlər